“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib

    MƏDƏNİYYƏT

    07 Mart 2024 | 13:57

    Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində martın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.

    Nazirlikdən Pressa-ya verilən xəbərə görə, konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə respublikanın tanınmış incəsənət ustaları – Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən ifa olunan mahnılar səsləndiriblər.

    Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində "Salam, Novruz!" sərgisi ilə tanış olublar.

     

     



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024