Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq 

    İQTİSADİYYAT

    27 Aprel 2024 | 11:17

    28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Pressa xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.




    XƏBƏR LENTİ

    08 May 2024
    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024