İordaniya XİN Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb 

    SİYASƏT

    22 Aprel 2024 | 17:42

    İordaniyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş son razılaşmaya öz dəstəyini ifadə edib.

    Pressa xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sufian Qudah açıqlamasında bildirib.

    Nazirliyin sözçüsü deyib ki, İordaniya iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

    XİN rəsmisi belə razılaşmaların daha geniş sülh danışıqlarına yol açmaqda və qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.



    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024