"Mastercard" taksilərdə nağdsız əməliyyatların əhatəsinin genişlənməsinə töhfə verəcək

    SON XƏBƏRLƏR, İQTİSADİYYAT

    26 Aprel 2024 | 13:29

    Azərbaycanda taksi minik avtomobillərində nağdsız ödəniş üçün pos-terminallın quraşdırılması o cümlədən taksilərdə nağdsız əməliyyatların əhatəsinin daha genişləndirilməsi məqsədi ilə "Mastercard" tərəfindən bu sahəyə mühüm töhfələr veriləcək.

    Bu barədə Pressa-nın sualını cavablandıran "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib ki, hazırda müvafiq qurumlarla ikitərəfli əməkdaşlıqlar davam etdirilir.  

    Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qərara görə, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

    Qərara əsasən ölkədə taksi minik avtomobillərində nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq.



    XƏBƏR LENTİ

    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024