Tbilisidə məktəblərdə terror aktlarının planlaşdırılması ilə bağlı məlumat yayılıb 

    DÜNYA

    22 Aprel 2024 | 12:17

    Gürcüstanın paytaxtı Tbilisidə məktəblərdə terror aktları planlaşdırılır.

    Pressa xəbər verir ki, bu barədə yerli teleqram kanallarında məlumat yayılıb.

    Məlumatla əlaqədar Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

    Yayılan xəbərlərdə 10 məktəbdə qətliamın baş verəcəyi proqnozlaşdırılıb.

    "Imedi" telekanalı bildirib ki, siyahısı dərc edilən məktəblərin hər birində rus sektoru var.

    Xatırladaq ki, 10 gün əvvəl İrəvanda da bir sıra məktəb və ticarət mərkəzlərində terror aktlarının olacağı məlumatı yayılmışdı.




    XƏBƏR LENTİ

    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024