Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək 

    İQTİSADİYYAT

    25 Aprel 2024 | 15:19

    Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin toplantısı çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") ilə Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi (Uzbekkosmos) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

    Bu barədə Pressa-ya Agentlikdən bildirilib.

    Məlumata görə, müqavilədə Azərbaycan və Özbəkistan arasında kosmik sahədə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, ötən gün Ankarada Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb.



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024