Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib

    DÜNYA

    22 Aprel 2024 | 17:41

    Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib.

    Pressa-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə yerli administrasiyadan məlumat verilib.

    Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.

    Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə işçi qruplarının görüşündə tərəflər prosesin Tavuş vilayətindən başlanması, eləcə də komissiyanın əsasnaməsi üzərində işin iyulun 1-dən yekunlaşdırılması barədə razılıq əldə olunub.




    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024