Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib 

    İQTİSADİYYAT

    26 Aprel 2024 | 14:12

    Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.

    Bu barədə Pressa Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

    Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.

    DB-nin proqnozuna əsasən, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən

    35 dollar azdır.

    Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 % , 2025-ci ildə isə 1,7 % azalacaq.

    Qeyd olunur ki, 2023-cü ildə 1 ton buğdanın qiyməti 340 dollar olub, bu da 20,8 % azalma deməkdir.




    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024