Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir 

    İDMAN

    24 Aprel 2024 | 14:37

    2024-2025 mövsümündə Azərbaycanın 2 klubunun mübarizə aparacağı Konfrans Liqasının 31 iştirakçısı bəlli olub. Pressa xəbər verir ki, onlardan 22-nin I təsnifat, 9-nun isə II təsnifat mərhələsində yarışa başlayacağı dəqiqləşib.

    Azərbaycan Premyer Liqası təmsilçiləri II raunddan ölkəmizi təmsil edəcəklər. Həmin mərhələdə çıxış edəcək 9 komandanın püşkatma zamanı hansı səbətdə yer alacaqları hələ bəlli deyil.

    UEFA Konfrans Liqası

    I təsnifat mərhələsi

    Səpələnmişlər: “Kuopio” (Finlandiya), “Breydablik” (İslandiya), “Dinamo” (Tbilisi, Gürcüstan), “B-36 Torshavn” (Farer adaları), “Jalgiris” (Kaunas, Litva), “Levadiya” (Estoniya)

    Səpələnməmişlər: “Maqpiyes” (Cəbəllütarıq), “Şaulyay” (Litva), “Kalev” (Estoniya)

    Qeyri-müəyyənlər: “Valmiera” (Latviya), “Konnah” (Uels), “Saburtalo” (Gürcüstan), “Derri Siti” (İrlandiya), “Bala Taun” (Uels), “Valyur” (İslandiya), “Torpedo” (Kutaisi, Gürcüstan), “Styarnan” (İslandiya), “Vikinqur” (Farer adaları), “Aktobe” (Qazaxıstan), “Vaasa” (Finlandiya), “Şelburn” (İrlandiya), “Auda” (Latviya)

    II təsnifat mərhələsi

    Qeyri-müəyyənlər: “Brann” (Norveç), “Tromse” (Norveç), “Hekken” (İsveç), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Sent Patriks” (İrlandiya), “İlves” (Finlandiya), “Jalgiris” (Vilnüs, Litva), “HB Torshavn” (Farer adaları).

    Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 18-19-da atılacaq.



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024