Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib 

    SON XƏBƏRLƏR, ÖLKƏ

    23 Aprel 2024 | 17:10

    İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

    Bu barədə Pressa-ya TƏBİB-dən xəbər verilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub.

    Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

    Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

    Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.




    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024