Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb 

    İDMAN

    26 Aprel 2024 | 16:28

    Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

    Pressa xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

    PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

    Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.




    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024