Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

    ÖLKƏ

    24 Aprel 2024 | 11:59

    Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

    Pressa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

    Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024