Bakıda "Comfort Holiday Travel" şirkətinin yeni ofisi açılıb

    ÖLKƏ

    23 Aprel 2024 | 08:09

    Bakıda Ağ Şəhərdə "Comfort Holiday Travel" şirkətinin yeni ofisinin açılış mərasimi keçirilib.

    Pressa xəbər verir ki, açılış mərasimində tanınmış ictimaiyyət nümayəndələri, turizm bloqerləri, sahibkarlar o cümlədən media nümayəndələri iştirak ediblər.

    Öncə dövlət himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən "Comfort Holiday Travel" turizm şirkətinin təsisçisi və direktoru Şəhriyar Qurbanzadə şirkətin səyahət, sağlamlıq, istirahət, aviauçuşlar sahəsində təqdim etdiyi imkanlar, müxtəlif turpaketlər və digər xidmətlər barədə məlumat verib.

    Bildirilib ki, 2019-cü ildən fəaliyyət göstərən şirkət müştəri məmnuniyyətini, rahat və keyfiyyətli istirahəti, yüksək səviyyədə səyahətin təşkilini özünün başlıca prioriteti hesab edir. Xidmətlərə dünyanın istənilən ölkə və şəhərinə turların təşkili, məşhur müalicə ocaqlarının və sanatoriyaların bronlaşdırılması (tibbi tur), münasib, sərfəli qiymətlərə aviabiletlərin təşkili və digər xidmətlər daxildir.

    Sonra çıxış edən "Comfort Holiday Travel" turizm şirkətinin direktor müavini Orxan Nurullayev diqqətə çatdırıb ki, şirkət tərəfindən müştərilər üçün xarici ölkələrlə yanaşı, Azərbaycanın dilbər guşələrində, xüsusən işğaldan azad edilmiş rayonlarda istirahət və müalicə almaq imkanı yaradılıb. 

    Qeyd olunub ki, müştərilərin rahat şəraitdə səyahət və istirahət etmələri üçün şirkət tərəfindən lazımi xidmətlər təqdim olunur. Məqsəd insanların heç bir əziyyət çəkmədən, dünyanın istənilən şəhər və ölkəsinə, eyni zamanda, tarixi məkanlara, maraqlı yerlərə səyahətlərini yüksək səviyyədə təmin etməkdir.

    Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri sərfəli və keyfiyyətli səyahət etmək istəyənlərə “Comfort Holiday Travel" şirkətini seçməyi tövsiyə ediblər.

    Tədbir çərçivəsində şirkətin fəaliyyətində xüsusi xidmətləri olan əməkdaşlar Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təltif olunublar.


    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024