Cavanşir Məmmədov vəfat etdi

    MƏDƏNİYYƏT

    20 Aprel 2024 | 13:11

    Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

    Pressa xəbər verir ki, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

    Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

    Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

    C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

    TƏBİB-dən bildirilib ki, əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

    Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

    Ünvanda həkiməqədər ölüm qeydə alınıb.



    XƏBƏR LENTİ

    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024