Sabah bəzi yerlərdə 31 dərəcə isti olacaq 

    ÖLKƏ

    25 Aprel 2024 | 14:12

    Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024