Şuşada mina partladı - Xəsarət alan var 

    HADİSƏ

    27 Aprel 2024 | 13:49

    Şuşanın Qaybalı kəndində mina partlayıb.

    Bu barədə Pressa-ya Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyindən (ANAMA) daxil olan birgə məlumatda bildirilib.

    “Aprelin 27-də işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib.

    Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

    Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub. Hazırda vəziyyəti stabildir.

    Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd edilib.



    XƏBƏR LENTİ

    08 May 2024
    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024