İdmançımız Sofiyadan medalla qayıtdı - Fotolar 

    İDMAN

    22 Aprel 2024 | 16:16

    Azərbaycanın Kamandan Oxatma Federasiyasının gənclərdən ibarət komandası 19-21 aprel tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Oxatma Federasiyasının gənclər və yeniyetmələr arasında keçirilən Avropa kubokunda yarışlara qatılıb.

    Pressa xəbər verir ki, 28 ölkədən 48 idmançının qatıldığı yarışmada həmyerlimiz Hüseynli Fatimə final mərhələsində fransalı idmançıya məğlub olaraq ikinci yeri qazanıb. 

    Beləliklə, kamandan oxatma üzrə Avropa kubokunda ikinci yerin qalibi Azərbaycanın Kamandan Oxatma Federasiyasının idmançısı Hüseynli Fatimə olub. 

    Qeyd edək k, Fatimə 4-14 may tarixlərində Almaniyanın Essen şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatında iştirak edərək lisenziya uğrunda mübarizə aparacaq.

    Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə təsis edilib. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma  Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür. 



    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024