Sadır Japarov Azərbaycana səfərə yola düşüb

    SİYASƏT

    24 Aprel 2024 | 10:30

    Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.

    Pressa Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

    Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.

    Bildirilib ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.

    Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.

    Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024