Azərbaycanda NFC əməliyyatlarının əhatə dairəsi genişləndiriləcək

    SON XƏBƏRLƏR, İQTİSADİYYAT

    26 Aprel 2024 | 13:28

    Bu il “Mastercard” beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan "Masterpass"ı Azərbaycanda iki böyük bankının mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır.

    Pressa xəbər verir ki, bunu "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.

    "Azərbaycanda "Masterpass" inkişaf etdirilir. Ötən il bir böyük bankla əməkdaşlığa başlayaraq onun mobil tətbiqinə "Masterpass"ı daxil etdik. Bu il də iki böyük bankla bunu həyata keçirərək Azərbaycanda "Masterpass"ın əhatə dairəsini genişləndirəcəyik", - deyə o qeyd edib.

    E.Zeynalov həmçinin Azərbaycanda NFC əməliyyatlarının da əhatə dairəsinin artırılacağını deyib.



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024