Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA 

    SON XƏBƏRLƏR

    23 Aprel 2024 | 17:09

    Aprelin 23-ü saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən xəbərə görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.




    XƏBƏR LENTİ

    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024