Argentina millisinin sabiq hücumçusu xəstəxanaya yerləşdirilib

    İDMAN

    24 Aprel 2024 | 13:43

    Argentina millisinin sabiq hücumçusu Karlos Teves xəstəxanaya yerləşdirilib.

    Pressa xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya aparılıb. O, tezliklə müayinədən keçəcək. Argentinalı hazırda xəstəxanadadır.

    Qeyd edək ki, K.Teves "İndependiente"ni çalışdırır. Məhz klub mütəxəssisin xəstəxanaya yerləşdirildiyini elan edərək, müayinənin ilkin nəticələrinin “qənaətbəxş” olduğunu bildirib. Teves özü hələlik baş verənlərlə bağlı açıqlama yaymayıb.

    O, futbolçu kimi “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”da çıxış edib. Hücumçu üçqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024