“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub 

    İDMAN

    25 Aprel 2024 | 16:03

    Türkiyə Super Liqasının 34-cü həftəsində keçiriləcək “Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi bəlli olub.

    Pressa xəbər verir ki, qarşılaşmanı Volkan Bayarslan idarə edəcək.

    Beləliklə, Volkan Bayarslan ikinci dəfə "Fənərbaxça" - "Beşiktaş" derbisini idarə edəcək.

    46 yaşlı hakim daha əvvəl 2 oktyabr 2022-ci ildə oynanılan və 0:0 hesabı ilə başa çatan "Beşiktaş" - "Fənərbaxça" derbisinin baş hakimi olub.

    Digər tərəfdən, Volkan Bayarslan karyerasında 5-ci dəfə derbi matçında fit çalacaq.

    Qeyd edək ki, qarşılaşma aprelin 27-si saat 20:00-da baş tutacaq.




    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024