“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq ETİ-də yaşıllaşdırma tədbirləri həyata keçirilir

    ÖLKƏ

    19 Mart 2024 | 10:48

    Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) prioritet məsələlərindən biri yaşıllaşdırmanı genişləndirmək, yeni üzüm bağları salmaq, iqlim dəyişkənliyini nəzərə alaraq bioehtiyatların qayğısına qalmaq, qoruyub gələcək nəslə çatdırmaqdır.

    Pressa xəbər verir ki, respublikamızda üzümçülüyün intensiv inkişaf etdirilməsi və üzüm sahələrinin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılıb.

    Genofonda daxil olan, yerli və xarici, həmçinin yeni perspektivli sortların (məhsuldar, müxtəlif dövrlərdə - ən tez, tez, orta, gec, lap gec yetişən, xəstəlik və zərərvericilərə davamlı, keyfiyyətli, daşınmaya və saxlanmaya davamlı) artırılması, eləcə də yeni hibrid formalarının yaradılması istiqamətində tədqiqatlar aparılır.

    ÜŞETİ-də milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. Belə ki, respublikanın müxtəlif bölgələrindən ekspedisiyalar nəticəsində əldə edilib öncədən dibçəklərdə əkilən ting əkin materialları kök sisteminə zərər vermədən əkin sahələrinə köçürülür, sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək və fərqli coğrafi iqlim şəraitində əkinə yararlılığını müəyyənləşdirmək məqsədilə əməkdaşlıq çərçivəsində digər elmi tədqiqat institutlarına da göndərilir.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024