Xocalıda itkin düşən şəxsin qalıqları 32 il sonra dəfn olundu - Fotolar

    HADİSƏ

    27 Mart 2024 | 16:21

    Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilib.

    Pressa xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

    Burada şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, Xocalı sakinləri iştirak edib. Şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

    Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan A. Mahmudov 30 yaşında, 1992-ci il fevralın 26-sı itkin düşüb. Ailəli olub, 2 oğlu var.

     





     

     

     

     



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024