Türkiyədə dəhşətli qəza: bir ailənin altı üzvü həyatını itirib

    HADİSƏ

    26 Mart 2024 | 17:14

    Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza nəticəsində eyni ailənin altı üzvü həyatını itirib, bir sərnişin xəsarət alıb.

    Pressa Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Hatayın Dörtyol rayonunda qoşqulu yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

    Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və xilasedici qruplar cəlb olunub.

    Qəza ilə bağlı araşdırma başlayıb, qoşqulu yük avtomobilinin sürücüsü saxlanılıb.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024