Türkiyə və Gürcüstan hərbi aviasiya sahəsində əməkdaşlıq edəcək

    DÜNYA

    22 Oktyabr 2021 | 13:44

    Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Temel Kotil və onun müavini Atilla Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

    Pressa-nın xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

    Qeyd olunub ki, Türkiyə nümayəndə heyəti Gürcüstan müdafiə nazirinin müavini Zurab Azaraşvili və Tbilisi Təyyarə Zavodunun (JSC Tbilaviamsheni) baş direktoru Mixeil Oğlişvili ilə görüşüb.

    Tərəflərin Türkiyə və Gürcüstan arasında əməkdaşlıq, eləcə də gələcək birgə təşəbbüslərə dair planlar, hərbi aviasiya sənayesinin inkişaf etdirilməsinə dair müzakirə apardıqları bildirilib.

    Türkiyə nümayəndə heyəti hərbi təyyarələrin modernizasiya edildiyi Tbilisi Təyyarə Zavodu ilə tanış olublar.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024