Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi 

    İDMAN

    19 Aprel 2024 | 14:24

    “Qurban Qurbanov “Beşiktaş” üçün nəzərdə tutduğumuz namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır”.

    Pressa xəbər verir ki, bunu İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında deyib.

    O bildirib ki, hələ qəti qərar verilməsə də, Qurban Qurbanovun klubdakı namizədlər sırasında olması ilə bağlı xəbərlər doğrudur:

    “Bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki namizədlər çoxdur. “Beşiktaş” Fernando Santoşda axtardığını tapa bilmədi. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin Sərgən Yalçın kimi ön planda olan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar”.



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024