Azərbaycanı Avropa çempionatında bu şahmatçılar təmsil edəcək 

    İDMAN

    18 Aprel 2024 | 17:12

    Azərbaycanın qadın şahmatçıları aprelin 19-da Yunanıstanın Rodos adasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər.

    Pressa Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı mübarizə aparacaq.

    10 turdan ibarət yarışa aprelin 29-da yekun vurulacaq.

    Qeyd edək ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.



    XƏBƏR LENTİ

    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024