"Qalatasaray" 5 futbolçunun müqaviləsini uzatdı

    İDMAN

    20 Aprel 2024 | 09:08

    "Qalatasaray" 5 futbolçusu ilə müqavilə müddətini uzadıb.

    Pressa xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Fernando Muslera, Barış Alper Yılmaz, Abdülkerim Bardakcı, Lukas Torreyra və Kaan Ayhanla yeni müqavilə imzalanıb. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

    Qeyd edək ki, "Qalatasaray" 32 turdan sonra 87 xalla liderdir.



    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024