Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib 

    İDMAN

    20 Aprel 2024 | 20:46

    Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

    Pressa xəbər verir ki, idmançı lentlərlə hərəkətdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, yarışın ikinci günündə ümumilikdə 125.850 xal toplayaraq, adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (118.450 xal) 23-cü pillədə qərarlaşıb.

    Qeyd edək ki, Zöhrə Ağamirova ötən gün halqa ilə hərəkətdə də adını finala yazdırıb. Turnirə aprelin 21-də yekun vurulacaq.




    XƏBƏR LENTİ

    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024