Güclü külək var - Faktiki hava 

    ÖLKƏ

    22 Aprel 2024 | 09:12

    Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

    Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 20 m/s, Tərtərdə 18 m/s, Gəncədə 16 m/s-yə çatır.

    Havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

    Bəzi dağlıq və dağətəyi rayonlarda-Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.



    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024