Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var 

    DÜNYA

    19 Aprel 2024 | 11:13

    Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.

    Pressa-nın UNIAN-a istinadən xəbərinə görə, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

    Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

    Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.

    Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.

    Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb. Şəhərdə 4 fərdi ev dağılıb, səkkizi isə yararsız hala düşüb.




    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024