Türkiyə insansız döyüş gəmisini uğurla sınaqdan keçirib

    DÜNYA

    25 Yanvar 2022 | 18:15

    Türkiyənin insansız döyüş gəmisi - “ULAQ” uğurla sınaqdan keçirilib.

    Pressa-nın xəbərinə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

    Qeyd olunub ki, 2021-ci ildə dünyada ilk dəfə insansız döyüş gəmisindən raket ataraq hədəfi müvəffəqiyyətlə məhv edən “ULAQ”, əlavə edilmiş yeni uzaqdan idarə olunan silah sistemi ilə baza və limanların mühafizəsində iştirak edəcək.

    Müdafiə sənayesində milli sərmayə ilə fəaliyyət göstərən Antalya mərkəzli ARES Gəmiqayırma Zavodu və Ankarada yerləşən Meteksan Müdafiə 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemini Türkiyənin ilk və yeganə "SİDA ULAQ" platformasına inteqrasiya edərək atış sınaqlarını uğurla başa çatdırıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024