Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

    DÜNYA

    25 Mart 2024 | 12:58

    “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

    Pressa TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.

    Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024