TƏBİB: 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90% azalması planlaşdırılır

    SON XƏBƏRLƏR

    17 Mart 2023 | 14:48

    2030-cu ilə qədər vərəmdən əziyyət çəkənlərin cibdən ödənişlərinin minimuma endirilməsi hədəflənib.

    Pressa xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib.

    O bildirib ki, ÜST-ə üzv dövlətlər vərəmlə mübarizədə startegiya müəyyən edir, hədəflər qoyurlar:

    “Eynən bizdə də həmin strategiya və hədəflər əsas götürülüb. 2015-ci illə müqayisədə 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90%, xəstələnmə hallarının 80% azalmasına, xəstəlikdən əziyyət çəkənlərin cibdən ödənişlərinin isə minimuma endirilməsinə nail olmaq planlaşdırılır. Vərəmlə mübarizə strategiyamızda bu, əsas yer tutur.”.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024