Suriyadakı zəlzələdən sonra azı 20 məhbus həbsxanadan qaçıb

    DÜNYA

    07 Fevral 2023 | 10:26

    Suriyada baş vermiş zəlzələdən sonra ən azı 20 məhbus saxlandıqları həbsxanadan qaçıb.

    Pressa xəbər verir ki, bu barədə “France24“ məlumat yayıb.

    “Suriyada baş vermiş dəhşətli zəlzələdən sonra ölkənin şimal-qərbindəki həbsxanada məhbuslar qiyam edib və ən azı 20 nəfər qaçıb. Qaçanların arasında əsasən İŞİD terror qruplaşmasının üzvlərinin olduğu bildirilir.

    Qeyd olunub ki, Suriya-Türkiyə sərhədi yaxınlığındakı Raco şəhərindəki həbsxanasında 2000-ə yaxın məhbus saxlanılır, onlardan 1300-ü İŞİD döyüşçüsü olmaqda şübhəli bilinir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024