Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirələr keçirilib

    ÖLKƏ

    30 May 2023 | 15:47

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.

    FHN-dən Pressa-ya verilən məlumata görə, sözügedən rayonların icra hakimiyyətlərinin və aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirələrdə Xəzər dənizinin Sabunçu və Xəzər rayonları sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024