SN: Bayramdan sonra xroniki xəstəliklərdən əziyyət çəkənlərin müraciətləri artıb

    SON XƏBƏRLƏR

    27 Mart 2024 | 15:43

    Bayramdan sonra xroniki xəstəliklərdən əziyyət çəkənlərin müraciətlərində artım müşahidə edilir.

    Pressa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

    Həkim bildirib ki, bayramdan sonra qaraciyər xəstəliyindən əziyyət çəkən, öd daşı olan şəxslərin müraciətlərinin sayında artım müşahidə edilməkdədir.

    Onun sözlərinə görə, bunun səbəbi bayram günlərində qidalanma balansının pozulmasıdır.

    Həkim deyib ki, sağlam qidalanma dedikdə balanslı qidalanma nəzərdə tutulur: “Yəni bütün qidalardan yemək olar, amma balansı qorumaq lazımdır”.

    Emin Məmmədov vurğulayıb ki, artıq insanlara “yağ yemək olmaz” deyilmir, lakin sağlam, yəni bitki mənşəli yağlarla qidalanmaq tövsiyə edilir: “Eyni zamanda, insan beyni şəkərlə işləyir. İnsanın gündəlik enerjisini də şəkər təmin edir. Lakin biz şəkəri meyvə-tərəvəzdən almalıyıq”.

    Həkim, həmçinin deyib ki, insanlarda 40 yaşa kimi inkişaf getdiyi üçün daha çox zülalla qidalana bilərlər, lakin yaş artdıqca meyvə-tərəvəzlə qidalanmaya üstünlük verilməlidir.

    Həkim Ramazan ayında qidalanma ilə bağlı da tövsiyələrini verib: “Səhər qidalanmasına mütləq fikir verin. Orucu açdığınız zaman isə şəkərdən uzaq durun. Qida dəyəri yüksək olan zülalla qidalanmağa, bol maye qəbul etməyə diqqət edin”.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024