Savelyev: Ermənistan Rusiyanın acığına Qərb qarşısında əyilməyi dayandırmalıdır

    SİYASƏT

    24 Noyabr 2022 | 16:04

    Ermənistandan Rusiyanın acığına Qərb qarşısında əyilməyi dayandırmasını tələb etmək lazımdır.

    Pressa xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev həmkarı Yevgeni Fyodorovun Ermənistanın heç bir halda Rusiyaya müttəfiqlik mövqeyi nümayiş etdirməməsi və öz ərazisində kütləvi anti-Rusiya mitinqlərinə imkan verməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.

    “Mən onun mövqeyini tamamilə bölüşürəm, Fyodorov tamamilə haqlı olaraq qeyd edib ki, Ermənistan Rusiyanın sayəsində birtəhər mövcud olduğu indiki vəziyyətdə Qərbə doğru yolverilməz meyl edir. Nəzərinizə çatdırım ki, Ermənistan indi nəinki monoetnik dövlət kimi yaşayır, həm də hər hansı bir yolla rus dilinin yayılmasının qarşısını alır. Məsələn, öz ərazisində cəmi üç rus məktəbinin fəaliyyət göstərməsinə imkan yaradır”, - o bildirib.

    Deputat eyni zamanda, Azərbaycanda yüzlərlə rus məktəbinin olduğunu xatırladıb. Dmitri Savelyev Ermənistanın müttəfiq öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb.

     

    “Rusiya hazırda rus dilinin millətlərarası ünsiyyət dili kimi qorunub saxlanması və yayılması istiqamətində çox fəal işləyir. Bu vəziyyətdə özünü müttəfiq adlandıran ölkənin (Ermənistanın) bu tip mövqeyini necə qiymətləndirmək olar? Ermənistanın müttəfiqlik öhdəliklərinə əməl etməsi məsələsini açıq şəkildə gündəmə gətirmək lazımdır. Rusiya bütün cəbhələrdə ölkənin milli maraqlarına riayət etmək hüququ uğrunda mübarizə apardığı vaxtda, Ermənistandan tələb etmək lazımdır ki, Rusiyanın acığına Qərb kuratorları qarşısında əyilməyi dayandırsın”, – deputat qeyd edib.

     



    XƏBƏR LENTİ

    07 Fevral 2023
    06 Fevral 2023
    05 Fevral 2023
    04 Fevral 2023
    03 Fevral 2023