Rusiyanın dövlət satınalmaları üzrə saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb

    SİYASƏT

    09 Sentyabr 2021 | 09:18

    Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin "Dağlıq Qarabağ Respublikası" kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

    Pressa-nın məlumatına görə, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

    Həmçinin, "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası" qeyd olunmuşdu.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024