Rusiyada “London Mall”dan insanlar bomba xəbərinə görə təxliyə edildi

    DÜNYA

    25 Mart 2024 | 13:40

    Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda yerləşən “London Mall” ticarət mərkəzinə gələnlər bomba xəbərinə görə təxliyə olunub.

    Pressa xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb.

    Yaxınlıqdakı evlərin sakinləri sirena səslərini eşidib və təcili yardım maşınlarının ticarət mərkəzinə yaxınlaşdığını videoya çəkiblər. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım gəlib.

    Bildirilib ki, evakuasiyaya səbəb şübhəli obyekt barədə məlumat olub.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024