Rövşən Məmmədov ölkə başçısı tərəfindən təltif edilib - FOTO

    SON XƏBƏRLƏR, ÖLKƏ

    29 Mart 2024 | 10:36

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov ölkə başçısı İlham Əliyev tərəfindən təltif edilib.

    Pressa xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Rövşən Məmmədov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

    Rövşən Məmmədov təltiflə bağlı ölkə başçısına minnətdarlıq edib:

    "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən Ümummilli Lider “Heydər Əliyevin 100 illiyi  (1923-2023)” yubiley medalı ilə təltif olunanlar arasında olmaq şərəfli və qürurludur. Göstərilən yüksək diqqətə görə Prezident,  Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Ulu öndər hər zaman qəlbimizdədir".



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024