“Prior Leasing” Aqrar Biznes Festivalında yeni teknikalar nümayiş etdirib

    SON XƏBƏRLƏR, İQTİSADİYYAT

    29 Mart 2024 | 09:20

    Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun və Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.

    Quba “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

    Festivalda "Prior Leasing” şirkəti “New Holland”, “Lovol” və “Solis” markalarının bağ təyinatlı traktorlarını nümayiş etdirib, şirkət nümayəndələri fermerlərin suallarını cavablandırıblar.

    Festival çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, o cümlədən digər rəsmi şəxslər şirkətin texnikaları ilə tanış olub.

    “Prior Leasing”in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nilufər Mustafaqızı bildirib ki, şirkət olaraq hər zaman daha yaxşı xidmət göstərmək və fəaliyyət sahəmizi genişləndirmək üçün professional komandamızla bərabər əzmlə çalışır, müştərilərimizə bir çox kənd təsərrüfatı məhsulların sərfəli lizinq şərtləri ilə əldə edilməsini təklif edirik.

    Qeyd edək ki, “Prior Leasing” məhsullarının sayını artırmaq, xidmət sahəsini daha da genişləndirmək üçün yeni tərəfdaşlar və potensial müştərilərlə əməkdaşlığa açıqdır.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024