Peskov: Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək

    SİYASƏT

    25 Mart 2024 | 13:56

    Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

      O, Rusiya xüsusi xidmət orqanlarının “Crocus”da baş verən terror aktı üzərində müstəqil şəkildə işlədiyini, başqa ölkələrdən hər hansı yardımdan söhbət getmədiyini söyləyib.

      Peskov qeyd edib ki, baş verən terror aktının araşdırılması ilə bağlı Qərb ölkələri ilə təmas yoxdur.

      Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin bu gün Moskva vilayətində baş verən terror aktından sonra görülən tədbirləri müzakirə etmək üçün müşavirə keçirəcəyini də əlavə edib.

       



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024