Paşinyan: KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik

    SİYASƏT

    26 Mart 2024 | 16:22

    “Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib”.

    Pressa xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.

    Paşinyan bildirib: “Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik”.

    O deyib ki, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişafına açıqdır və regionda sabit və davamlı sülhün bərqərar olması ilə bağlı aydın mövqeyə malikdir və təhlükəsizliklə bağlı əlaqələri şaxələndirir.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024