“Orion” kosmik gəmisi Ayın orbitinə daxil olub

    DÜNYA

    26 Noyabr 2022 | 10:16

    NASA-nın 10 gün əvvəl start verilmiş “Orion” kosmik gəmisi Ayın orbitinə daxil olub.

    Pressa-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.Agentlik bildirir ki, hazırda “Orion” Yerin yeganə təbii peykindən 64 000 kilometr məsafədədir. Bu dəfə raketin buraxılmasında məqsəd texnikanın keyfiyyətini yoxlamaqdır. Kosmik gəminin dekabrın 11-də Yerə qayıdaraq Atlantik okeanına düşməsi planlaşdırılır.

    NASA-nın planına görə 2024-cü ildə boş kosmik gəminin Ay səthinə enişi planlaşdırılır. Növbəti il isə raket Ay səthinə amerikalı astronavtları aparacaq.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024