Neftçala rayonunda şəhid bulağının açılışı olub

    ÖLKƏ

    17 Iyul 2021 | 19:51

    44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid Quliyev Rəvan Mərdan oğlunun Neftçala rayonu Aşağı Qaramanlı xatirə bulağının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanları, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.

    Rəvan Quliyev 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 25-də Astanlı kəndində dəfn olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə Rəvan Quliyev ölümündən sonra təltif edilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024