Mülki dövriyyədə olmasına yol verilməyən dərman maddələri və tibb vasitələri müəyyənləşir

    ÖLKƏ

    29 Mart 2024 | 15:10

    Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı genişləndirilir.

    Pressa-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Bu siyahıya tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman maddələri və tibb vasitələri daxil edilir.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024