Milli fəal: İranda Əxlaq polisinin ləğvi gözlənilirdi

    SON XƏBƏRLƏR

    05 Dekabr 2022 | 17:58

    “Əxlaq polisinin ləğvi üç həftə əvvəl gözlənilirdi. Əslində son etirazlardan sonra Əxlaq polisi faktiki ləğv olunub və onun funksiyaları SEPAH-a verilib”.

    Pressa xəbər verir ki, bunu “İran yeni baxış bucağında” adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”nin rəhbəri Əhməd Obalı deyib.

    Bununla belə, o, Əxlaq polisinin ləğvi ilə məsələnin həll olunmadığını qeyd edib:

    “Əgər əvvəl etirazlar Əxlaq polisinə qarşı başlamışdısa, bir həftə sonra bu, rejimə qarşı çevrildi. Cənubi Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirilir, digər bölgələrdə də oxşar şüarlar var. İran hökuməti belə qərarlarla yumşaq davranmağa çalışacaq, ancaq bu nəyisə dəyişməyəcək, xalq ədalət, azadlıq istəyir”.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024