Məktəbli atasının maşını ilə qəza törətdi - Ölən və yaralananlar var

    HADİSƏ

    27 Mart 2024 | 13:10

    Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Pressa xəbər verir ki, martın 26-sı saat 22:30 radələrində Şəmkir-Seyfəli yolunun Yeni Həyat kəndindən keçən hissəsində 2007-ci il təvəllüdlü şəxsin idarə etdiyi “VAZ” markalı avtomobil aşıb. Nəticədə sürücü və 2009-cu il təvəllüdlü sərnişini T.Alıyev müxtəlifdərəcəli xəsarətlər alıb. Digər sərnişin, T.Alıyevin 1998-ci il təvəllüdlü qardaşı Orxan Alıyev isə aldığı xəsarətlərdən vəfat edib.

    Bildirilib ki, hadisəni törədən 17 yaşlı oğlan orta məktəb şagirdidir. O, atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə edirmiş.

    Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024